AZ

Avropa İttifaqı Rusiya üçün xüsusi tribunal yaradır

Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas Rusiya cinayətlərinin araşdırılması üçün xüsusi tribunalın yaradılması üçün ilkin olaraq 10 milyon avro, həmçinin deportasiya edilmiş ukraynalı uşaqlara dəstək üçün əlavə 6 milyon avro ayrıldığını açıqlayıb. O, bu barədə Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiha ilə birgə mətbuat konfransında bildirib.

Kallas xatırladıb ki, tribunalın fəaliyyətə başlaması üçün may ayında Lvovda Aİ xarici işlər nazirlərinin iclası keçirilib.

Bundan başqa, onun sözlərinə görə, Avropa İttifaqı qışda Ukraynaya dəstək üçün artıq 800 milyon avro səfərbər edib və əlavə 100 milyon avro ayırmağı planlaşdırır.

"Biz mənfi hava şəraitindən qorunmaq üçün generatorlar, sığınacaqlar və avadanlıqlar üçün əlavə 100 milyon avro ayırmağa çalışırıq" dedi.

Avropa Birliyinin baş diplomatı həmçinin bəyan edib ki, Rusiya iqtisadiyyatı indi əvvəlkindən xeyli zəifləyib.

“Biz bilirik ki, Rusiyanın hərbi iqtisadiyyatı onsuz da zəifdir və daha da zəifləyəcək”. İnflyasiya 20%-dən yuxarıdır, pul ehtiyatları azalır, artım sıfıra yaxınlaşır. Beləliklə, biz güman edə bilərik ki, vaxt bir müddət Rusiyanın tərəfində idi, indi isə Ukrayna tərəfindədir”, - Kallas bildirib.

Onun sözlərinə görə, Ukraynanın cəbhə xəttində əks-hücum əməliyyatı gözə çarpır və Rusiyanın yay və payız üçün planlaşdırdığı hücum əməliyyatları “uğursuzluğa” uğrayıb.

Əziz MUSTAFA

Seçilən
12
oxumeni.az

1Mənbələr