
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.
Reyting.az xəbər verir ki, dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Şarm Əl-Şeyx şəhərinin beynəlxalq aeroportunda İlham Əliyevi Misirin gənclər və idman naziri Əşrəf Subhi və digər rəsmi şəxslər qarşılayıblar.

