AZ

İqtisadiyyat üzrə Nobel mükafatının laureatları məlum olub

2025-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatları kimlərdir?

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən 2025-ci il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə “Sveriges Riksbank” mükafatının laureatları məlum olub.

APA “Nobelprize.org”a istinadən xəbər verir ki, Joel Mokir, Filippe Aghion və Peter Houitt sözügedən sahə üzrə laureatlar elan edilib.

Onlar bu mükafata niyə layiq görülüblər?

Joel Mokir, Filippe Aghion və Peter Houittə “innovasiya əsaslı iqtisadi artımı izah etdiklərinə görə” mükafat təqdim edilib.

Mükafatın yarısı Joel Mokirə “texnoloji tərəqqi vasitəsilə davamlı artımın ilkin şərtlərini müəyyən etdiyinə görə”, digər yarısı isə Filippe Aghion və Peter Houittə “yaradıcı dağıdılma (creative destruction) vasitəsilə davamlı artım nəzəriyyəsinə görə” birgə verilir.

2024-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatına kimlər layiq görülmüşdü?

Xatırladaq ki, ötən il Nobelə Daron Əcəmoğlu, Saymon Conson və Ceyms A.Robinson sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.

Seçilən
1
4
7times.az

5Mənbələr