"Əgər sadəcə normal bir prezident olsaydı mənim kimi böyük yox, amma normal prezident Rusiya ilə Ukrayna arasında münaqişə olmazdı. Bu, Bayden və Obamanın pis siyasətinin nəticəsidir," - deyə Tramp jurnalistlərlə Yaxın Şərqə uçuş zamanı təyyarədə bildirib.
Tramp mütəmadi olaraq vurğulayır ki, əgər 2020-ci il prezident seçkilərində Bayden deyil, o qalib gəlsəydi, Ukrayna müharibəsi baş verməzdi. O həmçinin qeyd edib ki, bu böhran ona "Demokratlar administrasiyasından miras qalıb" və indi o, yalnız münaqişənin həlli üçün səylər göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31