AZ

Ərdoğan Misirə gedib

Ajans.az xəbər verir ki,Ərdoğanı Ankaradakı Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, prezidentin baş katibi Hakkı Susmaz və Ankara valisi Vasip Şahin yola salıblar. Dövlət başçısını müşayiət edən heyətə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın, Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Burhanəddin Duran, eləcə də prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç daxildir. Ərdoğan Misir prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ prezidenti Donald Trampın dəvəti ilə keçirilən sammitdə iştirak edəcək. Sammitdə Qəzza zolağında atəşkəsin davamlılığı, beynəlxalq əməkdaşlıq və bölgədə sabitliyin təmin olunması yolları əsas müzakirə mövzuları olacaq. Prezident Ərdoğanın sammit çərçivəsində önəmli çıxış edəcəyi, həmçinin iştirakçı ölkələrin liderləri ilə ikitərəfli məsləhətləşmələr aparacağı gözlənilir.

 

Seçilən
10
Ajans.az

1Mənbələr