Bakı. Trend:
“Cybercell” 25 komanda arasında vitse-çempionoldu
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətininbirgə təşkilatçılığı ilə 9-10 oktyabr tarixlərində Bakıda keçirilən“CIDC 2025 – Critical Infrastructure Defence Challenge”kibertəhlükəsizlik tədbiri başa çatıb.
Tədbir çərçivəsində təşkil olunan “Ağıllı şəhərlərdəkibermüharibə” yarışında Azercell Telekom-u təmsil edən “Cybercell”komandası yüksək peşəkarlıq nümayiş etdirərək vitse-çempion adınıqazanıb. İki gün davam edən müsabiqədə mobil operatorunTəhlükəsizlik Departamentinin mütəxəssisləri kibertəhlükəsizliküzrə real ssenarilər əsasında hazırlanan tapşırıqları uğurla yerinəyetiriblər.
Tədbir 20 yerli və ilk dəfə olaraq 5 xarici komandanı –Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan vəTacikistandan olan iştirakçıları bir araya gətirib. Yarışın məqsədidövlət qurumları, kritik infrastruktur obyektləri, bank vətelekommunikasiya sektorlarını təmsil edən komandalar arasındakiberhücumlara qarşı müdafiə qabiliyyətinin artırılması, eləcə dəböhran vəziyyətlərində informasiya sistemlərinin effektiv idarəolunması və milli kibertəhlükəsizlik potensialının inkişafetdirilməsi olub.
CIDC-2025 çərçivəsində keçirilən kibertəhlükəsizlik həllərisərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi,risklərin idarə olunması və şəbəkə müdafiəsi istiqamətlərində sontexnoloji yeniliklərini nümayiş etdirib. Sərgidə Azercell-innümayiş etdirdiyi innovativ həllər iştirakçılar və qonaqlartərəfindən böyük maraqla qarşılanıb.
Azercell Telekom biznes müştərilərinə etibarlıkibertəhlükəsizlik həlləri təqdim etməklə yanaşı, bu sahədə peşəkarkadrların hazırlanmasına da xüsusi diqqət yetirir. Şirkətkibertəhlükəsizlik ekosisteminin inkişafına və ölkədə mütəxəssispotensialının gücləndirilməsinə töhfə verməyə davam edir.