AZ

“Finalissima”: İspaniya və Argentina duelinin məkanı açıqlandı

2024-cü il Avropa çempionatının və Amerika Kubokunun qalibləri arasında keçiriləcək “Finalissima”nın harada baş tutacağı məlum olub.

Publika.az "Marca" nəşrinə istinadən xəbər verir ki, qarşılaşma 28 martda Qətərdə keçiriləcək.

Avropa çempionatının qalibi İngiltərəni finalda 2:1 hesabı ilə məğlub edən İspaniya yığması olub. Amerika Kubokunda isə Kolumbiyanı 1:0 hesabı ilə məğlub edən Argentina millisi çempion adını qazanıb.

UEFA və CONMEBOL 2021-ci ildə 2028-ci ilə qədər qüvvədə qalacaq qarşılıqlı anlaşma memorandumu imzalayıb. Buna əsasən, “Finalissima” turniri ilk dəfə 2022-ci ildə keçirilib. Həmin vaxt Argentina Londonun “Uembli” stadionunda keçirilən oyunda İtaliya üzərində 3:0 hesablı qələbə qazanıb.

Seçilən
11
publika.az

1Mənbələr