“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilib. Bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Ümumiyyətlə Azərbaycanda pensiyalarla bağlı qaydalara daha hansı zəruri dəyişikliklər edilməlidir?
Moderator.az xəbər verir ki, mövzuyla bağlı Sosioloq Elçin Bayramlı Referans-ın suallarını cavablandırıb. Sosioloq bildirib ki, bunlar əsasən texniki dəyişikliklərdir və burdakı problemlər pensiyanın fundamental əsaslarındadır. Pensiya sistemində olan problemlərdən biri ən əsası pensiya kapitalının yığılması həcmi və müddətidi. İndiki pensiya kapitalı 45-46 min təşkil edir, bunun yığılması üçündə orta əmək haqqı alan sosial sığorta pensiya fonduna ödüyən vətəndaş ortalama 45-46 il işləməlidir. Problemlərdən biri də odur ki, şəxs vəfat etdikdən sonra həmin şəxsin kapitalının onun ailəsinə verilmir . Bu məsələ dünyanın bütün ölkələrində demək olar ki belədir. Yəni bu şəxsin şəxsi kapitalıdır. Amma bu vəsait şəxsin varislərinə, ailəsinə verilməlidir. Statistika göstərir ki, kişilər 50 yaş civarlarında vəfat edir və yığdığı orta vəsait batır, bu isə tamamilə ədalətsiz bir sistemdir.
Ekspert deyib ki, ölkəmizdə statistikaya görə, pensiya yaşını keçənlərin çox az hissəsi 77 yaşa qədər yaşayır. Onların da çox hissəsi bunu üç, beş il artıq ala bilir. Burda da yenə kapitalın 60-70%-i batır. Digər problem budur ki, başqa ölkələrdə pensiya kapitalı toplandıqda həmin şəxs bu pulu birdəfəlikdə götürə bilir hissə-hissə də. Bu qeyd edilən məsələlər çox ölkədə işləkdir. Lakin təssüflər olsun ki, bizim ölkədə pensiya məsələsi inkişaf etməyib. Müddət uzadılıb və müxtəlif çətinliklər özünü göstərir, qadınların 1/2-i, kişilərin 1/3-i pensiya yaşına çatmamış vəfat edir.
Daha sonra müsahibimiz qeyd edib ki, əlavə olaraq əvvəllər bizdə uzun müddət işləyənlər var ki, son dövrlərə qədər icbari sığortaya cəlb edilməyib. Yəni, şəxsin işlədiyi müəssisə, obyekt pensiya fonduna pul ödəməyib və şəxsin bunu rəhbərdən tələb etmək hüququ olmayıb. Beləliklə şəxs məcburən əmək fəaliyyəti göstərib və bunu təsdiq edən sənədlər də var. Amma pensiya kapitalı 2006-cı ildən sonra qəbul edilən qərara qədər bəzi şəxslər işləməyən kimi hesab edilirlər.
"Həmsöhbətimiz qeyd edib ki, həmin dövürlərdə işləyən şəxslərdən tutaq ki, 1000 manatlıq işdədə işləyən olub, 300 manatlıq işdədə işləyən olub. İndi isə onalrın pensiya kapitalı eyni şəkildə hesablana bilməz. Bu kimi problemlər son nəticədə əhalinin böyük hissəsinin minimum pensiya almasına gətirib çıxarır, onalrın stajları batıb gedir və yaxud pensiya kapitalını toplaya bilmədiylərinə görə daha çox işləməyə məcbur olacaq ən yaxşı haldada minimal məbləğdə pensiya alacaq. Bundan əlavədə 65 yaşda və yaxud ondan bir neçə il sonrada vəfat etsə yığılmış pensiya kapitalının ya hamısı ya da yarısı batmış hesab ediləcək. Bu artıq pensiya sistemi deyil vətəndaşın şəxsi kapitalının dövlətə qalması deməkdir. Burdan çıxış yolu olaraq bir çox ölkələrdə özəl pensiya fondları yaradılır və bunalrın üstünlüyü odur ki, vətəndaş bura hər ay ödəniş edəndə yığılmış vəsaitlərin üzərinə əhəmiyyətli dərəcədə faizlər gəlir. Bu isə 25-30 il ərzində yığılanda faizlər pensiya kapitalının özündəndə iki, üç dəfə çox edir. Üstəlik də bu müddət başa çatanda həmin şəxs vəsaiti birbaşa götürə bilir pensiya fondundan. Özəl fondda şəxs vəfat etsə belə onun kapitalı ailəsinə verilir. Dövlət bu şəkildə idarə edə bilmirsə özəl pensiya fondları yaratsın və vətəndaşlar burdan yararlansın. İndi isə əhalini yarısı pensiya hüququndan yararlana bilmir, buna səbəb isə pensiya yaşına çatmamış vəfat edirlər və kapitalda batır",-deyə sosioloq Elçin Bayramlı əlavə edib.