AZ

Bakıda ilkə imza atılır: 4 əraziyə işarə – Milyonları düşündürən məsələ

Bakıda ilk dəfə çoxmərkəzli inkişaf modeli tətbiq olunacaq. Belə ki, Bakı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovun sözlərinə görə, layihə çərçivəsində Mərdəkan, Sabunçu, Hövsan və Lökbatan kimi ərazilərdə yeni infrastruktur mərkəzləri yaradılacaq. Məqsəd şəhərdaxili miqrasiyanı və nəqliyyat sıxlığını azaltmaq, paytaxtın balanslı inkişafını təmin etməkdir. 

Bu layihə real nəticə verəcəkmi, yoxsa sadəcə növbəti şəhərsalma vədi olaraq qalacaq?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, çoxfunksiyalı mərkəzin yaradılması və bu sahədə aparılan işlərlə bağlı müxtəlif vaxtlarda fərqli fikirlər səsləndirilib:

“2018-ci ilə qədər Bakıda tikilən 2 minə yaxın binaların inşası sistemli şəkildə planlaşdırılmayıb. Hətta kvartallar arasında bəzi bir neçə mərtəbəli tikinti və ticarət obyektləri qarışıq, nizamsız şəkildə yerləşib. Bu da şəhərin ümumi görünüşünü pozur, gələcək inşaat işlərinə maneə yaradır. 2018-ci ilin avqustundan etibarən səlahiyyətlər birbaşa Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Həmin zamandan bu günə kimi müəyyən proseslər dayandırıldı, Bakının Baş planının hazırlanmasına başlanıldı. Bu, həm ölkə, həm də iqtisadiyyat üçün strateji əhəmiyyət kəsb edən məsələ idi. Lakin bunun da beynəlxalq şirkətlər tərəfindən hazırlanması əslində uzun davam edən təhlillər nəticəsində olmalı idi. Ola bilər, çox dərindən təhlil işləri aparılmayıb. Fikrimcə, bu, olduqca böyük layihə idi və onun qısa zamanda tamamlanması mümkün deyildi”.

Ekspert bildirib ki, sıfırdan şəhərsalma planı hazırlamaq daha rahat və səmərəlidir:

“Mövcud şəhərin üzərində yeni baş plan qurmaq olduqca çətindir. Şəhərsalma və Tikinti Məcəlləsinə görə, hər 5 il ərzində istənilən ərazinin inkişaf planı hazırlanmalıdır. Burada sözsüz ki, çoxsaylı amillər nəzərə alınmalıdır: ərazidə olan tələbat, əhali sıxlığı, artım, təyinatına uyğun olaraq sorğuların aparılması və sair olarsa, layihənin də faydası olacaq. Hər addım əvvəlcədən nəzərdən keçirilməli, ciddi analiz aparılmalıdır”.

E.Azadov qeyd edib ki, qanun hər şeyi əhatə etmir:

“Lazım gələrsə, bəzi qanunlarda dəyişikliklər də mütləqdir. Məsələn, “SeaBreeze” ərazisində tökmə torpaqlardan istifadə işi ilə bağlı qanun yox idi. Buna görə də sonradan qərar verildi və tətbiq olundu. Tökmə torpaqların üzərində kazinoların inşasına icazə verildi. Yəni hər şey mümkündür. Əsas məsələ nəticənin uğurlu olması üçün düzgün və peşəkar təhlilin aparılmasıdır”.

Seçilən
4
1
konkret.az

2Mənbələr