BAKI, 12 oktyabr. TELEQRAF
Ukrayna ordusu Rusiyanın nəzarətində olan Zaporojye vilayətinin bir neçə kəndini azad edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb .
“Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində 3,5 km-ə qədər irəliləyib, xeyli sayda rus işğalçısını məhv edib və əsir götürüb" - məlumatda bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski də axşam video müraciətində Ukraynanın Zaporojye bölgəsində əks-hücum hərəkətlərini təsdiqləyib.
“Aydar” 24-cü Əlahiddə Hücum Batalyonunun, 33-cü Əlahiddə Hücum Alayının və digər birləşmələrin sayəsində orada üç kilometrdən çox irəliləmişik” - Zelenski qeyd edib.