AZ

Oğuzda maşın ağaca çırpıldı - 1 nəfər öldü

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə Padar-Böyük Söyüdlü yolunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "BMW" markalı avtomobil idarəetmədən çıxaraq ağaca cırpılıb. Nəticədə avtomobildə olan sərnişin, 21 yaşlı Rəvan Ağasəf oğlu Mirzəyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
 

Seçilən
176
13
milli.az

10Mənbələr