Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram səhifəsində məlumat verib.
O qeyd edib ki, telefon danışığı zamanı tərəfdaşlarla Rusiyaya təzyiqlərin artırılması müzakirə olunub.
“Prezident Emmanuel Makronla danışdım. Fransaya insanların həyatını qorumaq öhdəliyinə görə təşəkkür edirik.
Mən ona bizim prioritet ehtiyaclarımız, ilk növbədə hava hücumundan müdafiə sistemi - zəruri sistemlər və raketlər barədə məlumat verdim. Rusiya hazırda yaranmış vəziyyətdən istifadə edir, hər bir ölkədə Yaxın Şərqə və daxili məsələlərə maksimum diqqət yetirilir. Rusların zərbələri daha şiddətli oldu. Bununla necə mübarizə aparacağımızı müzakirə etdik”, - deyə Zelenski əlavə edib.