“Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedesko komandanın iki üzvü — İrfan Can Kahveci və Cenk Tosunu əsas heyətdən uzaqlaşdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki futbolçu növbəti göstərişə qədər əsas komandanın məşqlərində iştirak etməyəcək.
Türkiyə mətbuatının yazdığına görə, italiyalı mütəxəssis Kahveci və Tosunun komanda mühitinə mənfi təsir göstərdiyini hesab edir.
Qeyd edək ki, İrfan Can Kahveci bu mövsüm “Fənərbaxça”nın heyətində 12 rəsmi oyunda forma geyinib, lakin nə qol vurmağı bacarıb, nə də məhsuldar ötürmə ilə yadda qalıb. Cenk Tosun isə 7 qarşılaşmada çıxış edib və 1 assistlə kifayətlənib.