AZ

Rəsul Quliyevin ailə üzvləri 30 ildən sonra Bakıda: “İlham Əliyev və Mehriban Əliyeva başda olmaqla...” - FOTO, VİDEO

Azərbaycan Respublikası Milli Məclisinin ilk sədri Rəsul Quliyevin qızı, kürəkəni və nəvəsi 30 ildən sonra Bakıya ilk dəfədir ki, səfər ediblər.

"Cebheinfo.az"ın xəbərinə görə, bu barədə sabiq spikerin qızı özünün "Facebook" sosial şəbəkə hesabında bildirib.

Rəsul Quliyevin qızı bildirib ki, səfərin ilk gününü müstəqil Azərbaycanımızın qorunub-saxlanılmasında, güclənməsində müstəsna xidmətləri olmuş mərhum Prezidentimiz Heydər Əliyevin, həyat yoldaşı görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın və digər görkəmli dövlət xadimlərinin, ziyalıların, xüsusi hörmət bəslədiyimiz digər şəxsiyyətlərin məzarlarını ziyarətlə başladıq:

“Ardınca bizə məğrurluq, qürur və iftixar hisslərini yaşatmış müqəddəs şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına getdik. Çox xoşbəxtəm. Bakımızı 30 ildən sonra kəşf etmək, həyata keçirilmiş quruculuq, abadlıq işləri ilə tanış olmaq, paytaxtımızı müasir və inkişaf etmiş görmək çox qürurvericidir.

Deməliyəm ki, dünyanın öndə olan paytaxt şəhərlərindən bizim paytaxtımız heç də geri qalmır. Təbii ki, bunlar ilkin təəssüratımızdır. Başda müzəffər Ali baş komandan, Prezident İlham Əliyev olmaqla, hər kəsə dərin təşəkkürlərimizi bildiririk. Təşkil olunmuş yüksək qonaqpərvərliyə görə isə ayrıca minnətdarıq.

Hər bir azərbaycanlı kimi fəxr edirik ki, biz azərbaycanlıyıq”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Rəsul Quliyevin ailə üzvləri ilə birlikdə olub. 

"Cebheinfo.az" 

Seçilən
9
3
cebheinfo.az

4Mənbələr