Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
Hazırda Hacıqabul rayonunda Bakıya və əks istiqamətdə magistral yolun bağlanması səbəbindən nəqliyyatın hərəkəti tam dayandırılıb.
Gununsesi.info-nun xəbərinə görə, buna səbəb isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yolda təmir işləri aparmasıdır.
Ancaq qurumun qeyri-peşəkarlığı nəticəsində nəqliyyatın hərəkəti tənzimlənməyib.
Belə ki, yol təmiri üçün müvəqqəti yol hərəkətini tənzimləyən nişanların olmaması yolda bu vəziyyəti yaradıb.
Hal-hazırda ölkə və beynəlxalq əhəmiyyətli yolda hərəkət tamamilə iflic olub.
DİN-nin 102 xidmətinə çıxan sürücülər əraziyə Yol Patrul Xidmətinin cəlb olunmasını tələb edir.
https://www.gununsesi.info/wp-content/uploads/2025/10/20251012_203125.mp4
Elmar
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.