AZ

"Ərdoğan Qəzzada qalib gəlir və İsraili oyundan sıxışdırır" - "Вестник Кавказа"

"Türkiyə Fələstin-İsrail nizamlanmasını nəzarətə götürüb..."
 
Yaxın Şərq diplomatiyasında uzun illər Qətər və Misir əsas vasitəçilər kimi qəbul edilirdisə, indi bu status tədricən Ankaranın əlində cəmlənir.
 
Moderator.az xəbər verir ki, bu barədə "vestikavkaza.ru" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Donald Trampın qərarı ilə Türkiyə rəsmi şəkildə vasitəçilik formatına daxil edilib və bu, artıq formal jest deyil. Ərdoğan prosesi ələ alıb və təkcə şifahi bəyanatlarla yox, real mexanizmlərlə bunu göstərir. Türkiyə uzun müddətdir HƏMAS-la açıq dialoqdadır və bu əlaqələri gizlətmək yerinə, indi onları diplomatik güc alətinə çevirir. 
 
Qəzzanın müharibədən sonrakı bərpası üçün yaradılan mexanizmlərdə Ankaranın iştirakı artıq müzakirə mövzusu yox, fakt kimi qəbul edilir. Türk işçilərinin bərpa layihələrində iştirak edəcəyi, türk müşavirlərin yerli idarəetmə strukturuna inteqrasiya olunacağı açıq elan edilib. Ərdoğanın özü bunu belə ifadə edib: "Türkiyə bu prosesdən kənara çəkilməyəcək".
 
Netanyahu müttəfiqlərini itirir, Ərdoğan isə Trampdan açıq dəstək alır
 
Ən böyük siyasi şok isə İsraildə yaşanıb. Çünki Vaşinqtonda Donald Tramp Ərdoğanı təkcə qəbul etməyib, onu açıq şəkildə tərifləyib: "Sərtdir, amma məqsədini bilir - mən belə liderləri sevirəm". Bu bəyanat Təl-Əvivdə ciddi narazılıq doğurub. Netanyahu bir vaxtlar regionun əsas danışıq tərəfi idisə, indi ona deyil, Ərdoğana qulaq asılır.
 
Türkiyənin kəşfiyyat rəhbəri İbrahim Kalın israilli generallarla danışıqlar aparır, əsirlərin azadlığı məsələsində yeganə effektiv vasitəçi kimi çıxış edir. Əgər HƏMAS rəhbərliyi Qətəri tərk etməli olsa, yeni ünvanlarının Ankara və İstanbul olacağı artıq sirr deyil. Bu isə regiondakı real güc balansının necə dəyişdiyini göstərir.
 
Ərdoğan bu prosesdə sadəcə emosional ritorika ilə çıxış etmir - o, oyunun şərtlərini yazan fiqura çevrilib. Netanyahu isə uzun illər sonra ilk dəfə olaraq hadisələri idarə edən yox, müşahidə edən tərəfə düşüb. Bu mərhələdə sual artıq belə qoyulur: Qəzzada sülhün memarı kimi kim xatırlanacaq - ABŞ yoxsa Türkiyə? Cavab getdikcə daha aydın görünür: Ərdoğan bölgənin yeni əsas vasitəçisi kimi qəbul edilir.
Seçilən
7
2
moderator.az

3Mənbələr