AZ

Bakıdakı unikal limanda hansı işlər görülür? - Proseslə bağlı detallar - VİDEO

Almaniya Kansleri Fridrix Mertsin yerli televiziyalara son müsahibəsi birmənalı qarşılanmayıb.

Avtosfer.az  xəbər verir ki, hökumət başçısı 2035-ci ildə elektromobilə kəskin keçidlə bağlı qərarı doğru hesab etməyib. Siyasətçi daxiliyanma mühərrikli avtomobillərin 2035-ci ildə qadağan edilməsini “çox pis siqnal” kimi xarakterizə edib.
Merts bildirib ki, hazırda avtomobil sənayesi böhran keçirir.

Müəssisələr bir-birinin ardınca mənfəətin azalması barədə məlumat yayır. Hökumət isə çətin sınaq qarşısındadır. Əsas siyasi qüvvələrdən olan Sosial Demokratlar Partiyası (SPD) Avropa Komissiyasının qərarını təqdir edir.

Hazırda Avropada istehsal edilən avtomobillərin 30 faizi Almaniyanın payına düşür. Lakin, həm avtomobil, həm də detal istehsalçıları çətin dövr yaşayır. Artıq minlərlə adam bu sektorda işini itirib. Şirkətlər isə rentabelli olmadığı üçün elektromobil layihələrini ya dayandırıb, ya da çox aşağı templə davam etdirir. 

Vəziyyəti nəzərə alaraq almaniyalı siyasətçilər Brüsselin qərarına yenidən baxılması təklifini irəli sürüblər.
Vüqar

Seçilən
43
avtosfer.az

1Mənbələr