AZ

Bu ölkə mobil telefon danışıqlarına görə liderdir

Türkiyə ayda 493 dəqiqəyə çatan orta mobil danışıq müddətinə görə Avropada birinci yerdədir.

Moderator.az xəbər verir ki, bu barədə "Dünya" nəşri nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğluna istinadən məlumat yayıb.

O, ölkənin elektron rabitə sektorunda 405 operatorun fəaliyyət göstərdiyini, ümumilikdə 751 lisenziyanın verildiyini bildirib.

Uraloğlu onu da əlavə edib ki, 2025-ci ilin ikinci rübündə Türkiyədə 81,8 milyard dəqiqə mobil zəng edilib.

“Bu, Türkiyənin ayda orta hesabla 493 dəqiqə danışıq vaxtı ilə mobil zənglərin həcminə görə Avropaya liderlik etdiyini təsdiqləyir”, - nazir bildirib. (Publika.az)

Seçilən
10
2
moderator.az

3Mənbələr