AZ

“Telegram”ın qurucusundan şok açıqlama - Avropada internet azadlığı yox olur, bizi aldatdılar...


“Telegram”ın qurucusu Pavel Durov internet azadlığı ilə bağlı bədbin açıqlamalar verib və bildirib ki, bir vaxtlar məlumat mübadiləsi azadlığı vəd edən internet indi ölklər tərəfindən əsas nəzarət vasitəsinə çevrilib.

“Bir vaxtlar azad məlumat mübadiləsi vəd edən şey indi əsas nəzarət vasitəsinə çevrilir.

Əvvəllər azad olan ölkələr indi rəqəmsal şəxsiyyət sənədləri (Böyük Britaniya), onlayn yaşın yoxlanılması (Avstraliya) və şəxsi mesajların kütləvi skan edilməsi kimi distopik tədbirlər həyata keçirir.

Almaniya internetdə hakimiyyəti tənqid edən hər kəsi təqib edir. Britaniya minlərlə insanı tvitlərinə görə həbs edir. Fransa azadlıq və məxfiliyi müdafiə edən texnologiya liderlərinə qarşı cinayət təqibləri aparır. Biz yatarkən qaranlıq, distopik dünya sürətlə yaxınlaşır.

Bizim nəsil tarixdə azadlıqlardan istifadə edən sonuncu nəsil olmaq risqi il üz-üzədir və biz bu azadlıqların əlimizdən alınmasına icazə vermişik. Bizi aldadıblar. Bizi inandırdılar ki, bizim nəsilin ən böyük mübarizəsi əcdadlarımızın qoyub getdiyi hər şeyi – adət-ənənələri, şəxsi həyatın toxunulmazlığını, suverenliyi, azad bazarı və ifadə azadlığını məhv etməkdir. Bizim vaxtımız tükənir”, - deyə Durov sosial şəbəkə paylaşımında yazır:

Durov qeyd edir ki, Avropadakı “demokratiya” əslində klassik totalitar cəmiyyətdir və Avropa demokratiyadan sadəcə “simvol” kimi istifadə edir.

Durovun mesajı göstərir ki, bir vaxtlar internetin azadlıq vədi artıq nəzarət mexanizmləri ilə əvəzlənib və Qərb ölkələrində senzura və nəzarət praktikası azadlıqların məhdudlaşdırılmasını sürətləndirir.

TAHİR

Seçilən
4
baki-xeber.com

1Mənbələr