AZ

Qarağat suyu için: Alimlər məsləhət görür

Qarağat suyu həm istirahətdə, həm də zehni gərginlik zamanı beynin ön hissələrinə qan axınını artırır. 

Bunu beynəlxalq alimlər qrupu müəyyən edib.  

Tədqiqat “Nutritional Neuroscience” (NN) jurnalında dərc olunub.

Təcrübədə yaşı 18-dən 35-ə qədər olan 20 sağlam gənc iştirak edib. Onlar 500 milliqram polifenollarla zənginləşdirilmiş qarağat şirəsi, digərində isə dadı və rəngi eyni, lakin aktiv maddələri olmayan içki içiblər. Tədqiqatçılar daha sonra beyin qan axınının fəaliyyətini əks etdirən qan oksigen səviyyələrindəki dəyişiklikləri izləmək üçün yaxın infraqırmızı spektroskopiyadan istifadə ediblər.

Nəticələr göstərib ki, suyu içdikdən cəmi 35 dəqiqə sonra sol frontal hissədə oksihemoqlobinin səviyyəsi - qan oksigenlə doymasının göstəricisi - əhəmiyyətli dərəcədə artıb, deoksihemoqlobinin səviyyəsi isə azalıb. Bu, beynin oksigenlə daha səmərəli tədarükü və damar funksiyasının yaxşılaşdığını göstərir. Bu sahədə ümumi qan həcmi də bir qədər artıb.

"Biz diqqət və qərar qəbul etmək üçün cavabdeh olan sol prefrontal korteksdə qan axınının aydın artımını müşahidə etdik. Bu, beynin sol tərəfinin iş yaddaşı proseslərində daha fəal iştirak etməsi ilə uyğundur", - tədqiqatın müəllifi, Nyukasl Universitetinin Qidalanma və İdman Tədqiqatları Mərkəzinin direktoru Dr. Entoni Uotson deyib.

Qara qarağat polifenollarla zəngindir, xüsusən də antosiyaninlər, qan damarlarına və ürəyə müsbət təsirləri ilə tanınan bitki birləşmələri. Alimlər hesab edirlər ki, onlar qan damarlarını genişləndirən azot oksidinin istehsalını gücləndirə və ya beyin qan axınının tənzimlənməsində iştirak edən dopamin və serotonin səviyyələrinə təsir edə bilər.

Seçilən
4
2
cebheinfo.az

3Mənbələr