Hakan Çalhanoğlu Bolqarıstanla matçda Türkiyə forması ilə 100-cü matçını keçirib.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu "ay-ulduzlular"ın heyətində 2013-cü ildə debüt edib.
O, bu oyunlarda 21 qol vurmağı bacarıb.
H. Çalhanoğlu Türkiyə milli komandasının heyətində 100 və ya daha çox oyun keçirən 6-cı futbolçu olub:
1.Rüştü Reçber - 120
2. Hakan Şükür - 112
3. Bülent Korkmaz - 102
4. Emre Belözoğlu - 101
5. Arda Turan - 100
6. Hakan Çalhanoğlu - 100