İnter Mayami" MLS liqasının oyununda “Atlanta Yunayted”i 4:0 hesabı ilə yenib.
"Unikal" xəbər verir ki, görüş Fort-Loderdeyldə “Çeyz” stadionunda baş tutub.
Lionel Messi dub və məhsuldar ötürmə ilə yadda qalıbsa, digər qollara Jordi Alba və Luis Suares imza atıb.
Argentinalı superulduz hesabındakı qolların sayını 26-ya çatdıraraq liqanın bombardirlər cədvəlində 1-ci pilləyə yüksəlib.
MLS-də növbəti matçda "İnter Mayami" "Neşvill" ilə üz-üzə gələcək.