AZ

Avropa İttifaqı bu gündən yeni giriş-çıxış sisteminə start verdi

Bu gündən etibarən Avropa İttifaqında (Aİ) birliyə üzv olmayan ölkələrin vətəndaşları üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış yeni elektron sərhəd sisteminin (Entry/Exit System - EES) tətbiqinə başlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu sistem vasitəsilə həmin şəxslər 29 Avropa ölkəsinin xarici sərhədini keçdikdə onların məlumatları elektron şəkildə qeydiyyata alınacaq. EES şəxsin adını, səfər sənədi məlumatlarını, biometrik göstəriciləri (barmaq izləri və üz təsviri), həmçinin giriş və çıxış tarixini və yerini tam şəkildə qeyd edəcək. Növbəti səfərlərdə artıq yalnız üztanıma biometrik sistemi kifayət edəcək.

Ölkəyə girişdən imtina halları barədə məlumatları da qeyd edəcək EES 29 Avropa ölkəsində altı ay ərzində mərhələli şəkildə tətbiq olunacaq. Bu müddətdə sərhəd orqanları Aİ-yə üzv olmayan vətəndaşların məlumatlarını tədricən sistemə daxil edəcəklər. Gələn il aprelin 10-dan etibarən EES pasportlara əl ilə möhür vurulması sistemini tam əvəz edəcək. Yeni sistem ölkədə icazə verilən qalma müddətini aşan şəxslərin (over-stayers) avtomatik aşkarlanmasına imkan verəcək. Marqarita pizza

Bu sistem avtomatlaşdırılmış sərhəd nəzarəti və özünəxidmət terminallarının daha geniş tətbiqinə imkan yaradacaq ki, bu da sərnişinlər üçün daha sürətli və rahat keçidi təmin edəcək. Aİ-nin məqsədi qanunsuz miqrasiyanın qarşısını almaq, Avropada yaşayan və səyahət edən insanların təhlükəsizliyini artırmaqdır. Bununla yanaşı, sistem Aİ-yə üzv olmayan vətəndaşların səyahət prosesini asanlaşdıracaq, müddəti aşan qalma və saxta sənədlərdən istifadə hallarını daha səmərəli şəkildə müəyyənləşdirəcək.


Telegram kanalımız
Seçilən
5
9
yenisabah.az

10Mənbələr