Daha öncə xəbər verdiyimiz kimi Azərbaycanlı döyüşçü Bəhram Rəcəbzadə kikboksinq karyerasını bitirdiyini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, o, "Glory" təşkilatında yüngül ağır çəkidə kəmər döyüşündə Tarik Kbabezə məğlub olub. O, bu sözləri deyərək əlcəklərini yerə atıb:

"Bu ikinci dəfədir olur. Birinci dəfə Levi Riqterslə döyüşəndə haqqımı yedilər. Bu da ikinci. Buna görə də kikboksinqlə vidalaşıram". 

Döyüşdən görüntüləri və Bəhram Rəcəbzadənin karyerasını bitirdiyini açıqladığı anları təqdim edirik: