AZ

Şengen vizası ilə bağlı yenilik

Şengen

12 oktyabrdan etibarən Şengen bölgəsinə daxil olan 29 Avropa ölkəsində yeni avtomatlaşdırılmış giriş-çıxış sistemi işə düşəcək.Ulusum.az Bakupost.az-a istinadən xəbər verir ki, bu yenilik əsasən Avropa Birliyinə daxil olmayan ölkələrin vətəndaşlarını əhatə edəcək.Yeni sistemlə pasportlara ştamp vurulması dayandırılacaq, bunun əvəzinə səyahət edən şəxslərin məlumatları rəqəmsal şəkildə qeydiyyata alınacaq.Yeni prosedura əsasən, 12 yaşdan yuxarı şəxslərin üz şəkli və barmaq izləri sistemə daxil ediləcək. Bu biometrik məlumatlarla yanaşı, səfərin vaxtı və istiqaməti kimi detallar da xüsusi məlumat bazasında saxlanılacaq.Tətbiq edilən bu texnologiyanın məqsədi həm təhlükəsizliyi artırmaq, həm də sərhəd yoxlamalarını daha sürətli həyata keçirməkdir.Qeyd edək ki, sistem 90 günədək olan qısa səfərlər üçün nəzərdə tutulub və keçid dövrü 2026-cı il aprelin 10-dək davam edəcək.Ulusum.az

Diqqət Çəkənlər

İstefa vermiş Baş Nazir yenidən vəzifəyə təyin olundu

Gümüşün qiyməti kəskin vartdı

Misir sammitində 20-dən çox lider iştirak edəcək — Tramp da siyahıda

Seçilən
12
8
ulusum.az

9Mənbələr