AZ

Məhkəmə Trampın İllinoys ştatına hərbçi göndərməsinə mane olub

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-nin yeddinci dairə üzrə Apellyasiya Məhkəməsi Tramp administrasiyasına Milli Qvardiyanın hərbçilərinin İllinoys ştatına göndərməsinə mane olub.

Bu barədə "Report" məhkəmənin qərarına istinadən məlumat yayıb.

Məhkəmə həmçinin Milli Qvardiya qoşunlarının federal nəzarətə verilməsinə icazə verib.

"Şikayətçilərin inzibati möhlət haqqında vəsatəti Milli Qvardiyanın federallaşdırılması ilə bağlı təmin edilib və Milli Qvardiyanın yerləşdirilməsi ilə rədd edilib", - məhkəmənin qərarında deyilir.

Oktyabr ayında ABŞ prezidenti Donald Tramp İllinoys ştatına 300 Milli Qvardiya əsgərinin göndərilməsi barədə göstəriş verib. Ağ Evin mətbuat katibi Abigeyl Cekson Trampın Amerika şəhərlərini bürüyən qanunsuzluqlara göz yummayacağını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
bizimyol.info

1Mənbələr