AZ

De La Fuente: “Hələ heç nə əldə etməmişik”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turunda Gürcüstana qarşı keçirdikləri oyundan sonra komandasının oyununu şərh edib.

İdman.Biz bildirir ki, qarşılaşma 2:0 hesabı ilə ispanların xeyrinə qurtarıb.

“Adi üslubumuzda oynadıq. Meydanda kimin olmasının fərqi yox idi və bu, bir daha nümayiş olundu.

Düzünü desəm, tərifləri sakit qəbul edirəm. Biz daha da inkişaf etməliyik. Tərif bizi zəiflətməyəcək. Hələ heç nə əldə etməmişik.

Bu qrupda təkəbbürə yer yoxdur, bu doğrudur. Bu əla qrupdur. Komandamda yaxşı oyunçular var, onlar insan kimi də yaxşıdırlar”, - De la Fuente bildirib.

İdman.Biz

Seçilən
1
1
idman.biz

2Mənbələr