AZ

Özbəkistan və Çin biotexnologiya, kök hüceyrələr sahəsində əməkdaşlığı müzakirə ediblər

BAKI, 12 oktyabr. TELEQRAF

Özbəkistanən Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin, Jiang Hospitalının direktoru Abdulla Əzizov və Carbon Intelligence Stem Cell Company İdarə Heyətinin sədri Huang Weidun, eləcə də Haishi Hainuo Group rəhbərliyinin iştirakı ilə görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə UzDaily.com məlumat yayıb.

Görüşdə biotexnologiya və kök hüceyrələr sahəsində elmi əməkdaşlığın qurulması məsələləri müzakirə olunub.

Juan Weidun tərəfindən bir sıra sahələrdə əməkdaşlıq təklif edilib, o cümlədən:

Elmi-tədqiqat müəssisələri üçün kök hüceyrələrin təchizatı və klinik sınaqların aparılması;

gen skrininq proqramlarının yaradılması;

İnformasiya texnologiyaları sahəsində texniki əməkdaşlıq, xüsusən Data Mərkəzinin yaradılması.

Görüşdə agentliyin direktoru Özbəkistanda biotexnologiya sahəsinin inkişafı və elmi-tədqiqat potensialının artırılması istiqamətində aparılan işlər barədə məlumat verib.

Seçilən
15
teleqraf.com

1Mənbələr