AZ

Əfqanıstan-Pakistan sərhədində vəziyyət gərginləşdi

Əfqanıstanla Pakistanı ayıran Dürand xəttinin bir neçə sektorunda Pakistan əsgərləri ilə Taliban silahlıları arasında intensiv toqquşmalar davam edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Tolo news” portalı məlumat yayıb. Bildirilib ki, şiddətli toqquşmalar Talibanın bir neçə istiqamətdən Pakistan ordusunun sərhəd postlarına hücumundan sonra başlayıb.

Hər iki tərəf artilleriyadan istifadə edir, hərbi mövqeləri atəşə tutur. Son məlumatlara görə, iki Pakistan əsgəri və beş Taliban silahlısı öldürülüb.

 

Seçilən
0
8
nocomment.az

10Mənbələr