AZ

Bakıda kişi hamilə arvadına işgəncə verib

Bakıda kişi hamilə olan arvadına işgəncə verib. Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Xəzər rayonu Türkan qəsəbəsində baş verib. 26 yaşlı A. Hüseynov yaşadıqları evdə müxtəlif vaxtlarda hamilə arvadını döyərək xəsarətlər yetirib. İttiham aktına görə, Hüseynov arvadını onunla uca səslə danışdığı və digər epizodda isə yeməyə çox duz tökdüyü üçün yumruq və təpik zərbələri ilə qadının bədəninə zərbələr vuraraq, xəsarətlər yetirib. Başqa bir epizodda isə təqsirləndirilən şəxs arvadının ona xəyanət etməsini əsas gətirərək, evin həyətində döyüb. Bundan bir neçə gün sonra da heç bir əsaslı səbəb olmadan köməksiz vəziyyətdə olan və hamilə olduğu üçün müqavimət göstərmək imkanı olmayan qadını yerə yıxaraq, əl və ayaq zərbələri, həmçinin bıçaqla vurub. Bu əməllərinə görə, A. Hüseynov barəsində Cinayət Məcəlləsinin 133.2.2-ci (aşkar surətdə hamilə qadına əzab vermə) və 133.2.4-cü (yetkinlik yaşına çatmayan və köməksiz vəziyyətdə olan şəxsə əzab vermə) maddələri ilə cinayət işi başlanıb. Xəzər rayon Məhkəməsində keçirilən iclas zamanı A. Hüseynov barəsində 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Seçilən
4
4
avtosfer.az

5Mənbələr