AZ

“Balotelli əla futbolçu idi, amma..."

İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini “Mançester Siti”də birgə çalışdığı hücumçu Mario Balotelli barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “Goal.com” 60 yaşlı çalışdırıcının dediklərini belə çatdırıb.

“O, yaxşı insandır. Mario çox istedadlı futbolçu idi və daha çox uğur qazana bilərdi. Balotelli çox şeyə nail oldu, amma onun texniki və fiziki keyfiyyətlərinə baxanda son illərin ən böyük hücumçularından biri ola bilərdi. Onun texnikası, gücü və potensialı inanılmaz idi... Balotelli yaxşı karyeraya sahib olub, lakin o, daha irəli gedə bilərdi — və bunu özü də yaxşı bilir”

Qeyd edək ki, Mario Balotelli daha əvvəl “İnter”, “Milan” və bir sıra digər klubların formasını geyinib. Hazırda 35 yaşlı hücumçu klubsuzdur.

Seçilən
17
90deqiqe.az

1Mənbələr