AZ

“İtaliya millisində yenidən işləməyi arzulayırdım”

İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini 2025-ci ilin iyununda Luçano Spalettinin postdan ayrılmasından sonra komandaya qayıtmaq istəyi olduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, “Sky Sport Italia” təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Spaletti getdikdən sonra milliyə qayıdacağımı ümid edirdim, amma bunun reallıqdan uzaq olduğunu başa düşürdüm. Komanda getdikcə daha güclənir, futbolçular təcrübə qazanırlar. Bu, çox keyfiyyətli yığmadır. Qattuzo üçün sevinirəm – o, mənə xoş gəlir və baş məşqçi olmaq üçün ən uyğun şəraitdədir.

Milli komanda hər bir məşqçi üçün arzudur. Bu, mənim karyeramdakı ən gözəl və önəmli təcrübə idi. Avropa çempionatında biz mümkün olmayanı bacardıq, inanılmaz bir uğura imza atdıq”

Xatırladaq ki, hazırda “Skuadra adzurra”ya Cennaro Qattuzo rəhbərlik edir.Roberto Mançininin rəhbərliyi altında İtaliya millisi Avro-2020-nin qalibi olub.

Seçilən
18
90deqiqe.az

1Mənbələr