AZ

Rusiya Ukraynada kilsəni VURDU: Ölənlər var - FOTOLAR

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətindəki Konstantinovka şəhərinə hava zərbəsi endirib.

Musavat.com xəbər verir ki, bu barədə yerel hakimiyyət orqanı məlumat yayıb.

Məlumatda bildirilir ki, hücum nəticəsində ən azı 2 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Hücum zamanı doqquz fərdi evə və bir kilsəyə ziyan dəyib.

Hadisə yerində polis iki yaşlı uşağın möcüzə nəticəsində sağ qaldığını aşkarlayıb. Onun atası və babası yaralanıb. Uşaq Kramatorska təxliyə edilib.

Musavat.com

Seçilən
174
27
musavat.com

10Mənbələr