Bəzi avtomobillər sahiblərini tamamilə məyus edəbilər. Bunun bir çox səbəbi var, o cümlədən aşağı etibarlılıq və keyfiyyətsiz yığım.
Bizim.Media xəbər verir ki, Consumer Reports sahiblərinin ən çox narazı olduğu avtomobilləri müəyyənləşdirib.
Reytinqdə adi avtomobillər, krossoverlər və yolsuzluq avtomobilləri yer alıb.
Sahiblərinin ən çox narazı olduğu 11 avtomobil:
1. Jeep Grand Cherokee PHEV
2. Jeep Compass
3. Volkswagen Taos
4. Mazda CX-90 PHEV
5. Nissan Sentra
6. Toyota Corolla Cross
7. Mercedes-Benz C-Class
8. Infiniti QX60
9. Audi Q8 E-Tron
10. Nissan Altima
11. Audi Q4 E-Tron
Jeep Grand Cherokee PHEV hibrid avtomobili ən aşağı məmnunluq reytinqinə sahib olub. Sahiblərin yalnız 34 faizi bu avtomobili tövsiyə edəcəklərini bildirib.
Ekspertlər əsas problem kimi Jeep Grand Cherokee PHEV-in öz sinfi üçün nisbətən yüksək yanacaq sərfiyyatını göstəriblər. Bundan əlavə, daxili yanma mühərrikinin hibrid versiyası sırf yanma mühərriki modelindən xeyli bahadır. (lent.az)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta