
Almaniyanın nüfuzlu “Die Zeit” nəşri sensasiyalı məlumat yayıb: Suriya prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə artıq illərdir Rusiyanın paytaxtında, “Moskva-Siti” göydələnlərində yaşayır.
Musavat.com xəbər verir ki, mənbəyə görə, Əsəd gündüzlər “onlayn oyunlar oynayır”, axşamlar isə elit ticarət mərkəzlərində görünür. Ailənin burada 20 mənzili və Moskva ətrafında lüks bağ evi var. Əsədin təhlükəsizliyi isə Kremlin maliyyələşdirdiyi xüsusi mühafizə şirkəti tərəfindən təmin edilir.
“Die Zeit” yazır ki, Əsəd ailəsi “Qorod Stolits” (“Şəhərlər şəhəri”) adlanan kompleksin sol qülləsində – 76 mərtəbəli “Moskva” qülləsində yaşayır. Ailəyə yaxın keçmiş dostun sözlərinə görə, prezident çox vaxtını evdə keçirir, xarici səfərləri azalıb və “dünyadan təcrid olunmuş bir rejim içində yaşayır”.
Nəşr həmçinin bildirir ki, Rusiya hökuməti Əsəd ailəsini “strateji qonaq” statusunda qoruyur. Rəsmi Moskva bu məlumatlara cavab verməsə də, Kremlə yaxın mənbələr ailənin 2012-ci ildən bəri Rusiyada məskunlaşdığını təsdiqləyib.
“Əsədlər faktiki olaraq Kremlin xüsusi himayəsindədir. Onların Moskvadakı həyatı, təhlükəsizliyi və sərvətləri tam şəkildə Rusiya büdcəsi hesabına qorunur,” – deyə mənbə vurğulayıb.
Bu sensasiyalı məlumat Rusiya ictimaiyyətində də rezonans doğurub. Sosial şəbəkələrdə ruslar “Suriya xalqı aclıq içində yaşayarkən, diktator ailəsi ‘Moskva-Siti’də milyardlarla dəyərində mənzillər alıb” – kimi sərt reaksiyalar yazıblar. Musavat.com