ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“Deyirlər, pul əl çirkidir. Onu deyənin başı işləmir. Necə yəni əl çirkidir? Pul bilirsiz nədir? İnsana cəsarət verir, pul insanı cəsarətləndirən bir mövzudur. Pulsuzluq qüssə verir. Hətta pulsuzluq sevgilini özgələrə yar edir”
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev “Həftənin qonağı” proqramında deyib.
Xalq artisti xeyriyyəçilik etməsindən də danışıb.
“Belə şeylərdən zövq alıram. Keçmişdə deyirdilər “Sağ əl verəni gərək sol əl bilməsin”. Bu çox yanlış bir şeydir. Allah xətrinə verdiyini sübut etməlisən. Onu reklam da etməlisən. Bu mənim subyektiv fikirimdir. Nümunə olmaq, səninkimilərin sayı atmaq üçün bunu etməlisən”.
Daha ətraflı videoda:
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.