ABŞ Prezidenti Donald Trampın ürək yaşı xronoloji yaşından 14 yaş kiçik olduğu üçün səhhəti əladır.
Redaktor.az xəbər verir ki, bu haqda onun şəxsi həkimi Şon Barbarellanın Ağ Evə təqdim etdiyi sənəddə qeyd olunub.
Belə ki, Tramp Valter Rid Milli Hərbi Tibb Mərkəzində multidissiplinar mütəxəssislər qrupu tərəfindən hərtərəfli müayinədən keçib.
“Tramp əla ümumi sağlamlıq nümayiş etdirməkdə davam edir. Onun ürək yaşı xronoloji yaşından təxminən 14 yaş kiçik idi. O, heç bir məhdudiyyət olmadan çətin gündəlik rejimini davam etdirir”, - sənəddə deyilir.