AZ

Deputat Milli Məclisdəki “davadan” danışdı: “Spiker mənə dedi ki...”

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Deputat Səyyad Aran Milli Məclisdə çıxış etmədən əvvəl çətinlik çəkdiyini bildirib. O qeyd edib ki, müxtəlif kombinasiyalardan istifadə etsə də, çıxış siyahısına düşə bilmir.

Milli Məclisin sədri Sahibə Qafarova isə cavab verərək vurğulayıb ki, hər kəs danışmaq istəyir, lakin bəziləri çıxış edə bilir, bəziləri isə yox.

Bu qısa dialoqdan sonra Səyyad Aran vətəndaş müraciətlərinə cavab müddətinin 30 gündən 10 günə endirilməsi təklifini irəli sürərək, operativliyin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Sosial şəbəkələrdə isə bu məsələ fərqli istiqamətdə şərh olunur. Belə ki, bir qism izləyici onu spikerlə deputat arasında mübahisə kimi dəyərləndirib.

Globalinfo.az-a danışan deputat Səyyad Aran spikerlə arasında mübahisənin yaşanmadığını bildirib.

Onun sözlərinə görə, Sahibə Qafarova ona dəstək olub:

“Aramızda heç bir mübahisə olmayıb. Əksinə, spiker mənə dəstək olaraq dedi ki, şəxsən özü məsələ ilə maraqlanacaq, görsün, niyə müraciətlərimə cavab verilmir. Belə müsbət aura, xoş münasibət olub. Burada heç bir mübahisədən söhbət gedə bilməz”.

Deputat bildirib ki, Milli Məclisdə çıxış edə bilmək üçün hər kəsə bərabər şəkildə şərait yaradılır:

“Kimin anında düşüb-düşməməsi, düyməni basıb-basmaması şəxsin öz günahıdır. Düyməni vaxtında basa bilmədiyi üçün danışa bilmirlər. Bu, o demək deyil ki, kiməsə şərait yaradılmır. İnanın, ortada heç bir mübahisə olmayıb. Belə məlumat yayanların niyyəti qalmaqal, sensasiya yaratmaqdır”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
3
globalinfo.az

4Mənbələr