AZ

Rusiyada azərbaycanlılara sığorta ayrıseçkiliyi - ŞOK GƏLİŞMƏ

Rusiyada Azərbaycanlılara qarşı tibbi sığortada ayrıseçkilik: Aİİ ölkələrinə güzəşt var, bizə yox

Rusiyanın “Miqrantlara Yardım Mərkəzi”nin rəhbəri Vadim Kojenov bildirib ki, Moskva Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrdən gələnlərə güzəşt tətbiq edir, amma Azərbaycan və bir neçə digər ölkənin vətəndaşlarından məcburi tibbi sığorta (DMS) tələb olunur.

Onun sözlərinə görə, Qırğızıstan, Ermənistan, Qazaxıstan və Belarusdan gələn işçilər Rusiyada patent və DMS almadan işləyə bilirlər. Rəsmi işə götürüldükdə isə onlara rus vətəndaşları ilə eyni hüquqlarda OMS (məcburi tibbi sığorta) verilir.

Lakin onların ailə üzvləri yalnız işlədikləri halda bu hüquqdan yararlana bilirlər.

Buna qarşı olaraq, Azərbaycan, Özbəkistan, Tacikistan və Moldova vətəndaşları Rusiyada işləmək üçün patent almalıdırlar. Bu patent isə yalnız DMS sığortası təqdim edildikdə verilir.

Beləliklə, Azərbaycanlı işçilər üçün sığorta məcburi, Aİİ ölkələri üçün isə azaddır — bu da faktiki olaraq ayrıseçkilik siyasəti yaradır.

Rusiyada əmək bazarında eyni işi görən miqrantlar arasında bərabər şərtlər yoxdur:

Aİİ ölkələrinin vətəndaşları sığortasız işləyə bilərkən, azərbaycanlılar bu hüquqdan məhrum edilir.

Musavat.com

Seçilən
17
2
musavat.com

10Mənbələr