AZ

BAKIDAN RİOYADƏK:Azərbaycan Qlobal Cənubun geosiyasi xəritəsini necə dəyişir...

İsrail mənbələri dünən günün ikinci yarısından rəsmi olaraq qüvvəyə minən atəşkəs razılaşmasının imzalanmasından sonra əsirlərin mübadiləsinə başlanıldığını təsdiqləyiblər.

 

İsrail mediasının məlumatına görə, artıq fələstinli məhbuslar qarşı tərəfə təhvil verilir. Müvafiq orqanlar İsrail həbsxanalarından azad edilməli olan fələstinli məhbusları köçürməyə başlayıblar.

 

Fələstinin HƏMAS qrupu da öz növbəsində israilli girovları bazar ertəsi azad etmək üçün hazırlığa start verib.

 

Cəsədlərin təhvil verilməsinin bir qədər vaxt aparacağı gözlənilsə də, HƏMAS liderlərinin sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu son günlər “ölü və diri girovların” birlikdə qaytarılacağını dəfələrlə vurğulayıb.

 

Bundan əvvəl İsrail hökuməti HƏMAS ilə Qəzza zolağında atəşkəs və razılaşdırılmış xətt üzrə İsrail qoşunlarının çıxarılmasına dair razılaşmanı ratifikasiya edib.

 

ABŞ Prezidenti Donald Trampın Qəzza planının fələstinli məhbuslar müqabilində israilli məhbusların azad edilməsi üçün təyin etdiyi 72 saatlıq müddət başlayıb.

 

HƏMAS-ın 72 saat ərzində 20 israillini azad edəcəyi, bundan sonra İsrailin müharibə zamanı Qəzzada həbs edilmiş 1700 nəfərdən əlavə, İsrail həbsxanalarında uzun müddət cəza çəkən 250 fələstinlini azad edəcəyi gözlənilir.

 

İsrail Ədliyyə Nazirliyi açıqlanması gözlənilən 250 addan ibarət təfərrüatlı siyahısını dərc etsə də, o, HƏMAS-ın azad edilməsini tələb etdiyi bir neçə tanınmış Fələstin liderinin, məsələn, “Fəth” lideri Mərvan Barquti, Fələstinin Azadlıq Xalq Cəbhəsinin baş katibi Əhməd Səadət və başqalarının adlarını ehtiva etmir.

 

Qəzzada hələ də 48 girov var: 20-si sağdır, 26-sı ölüb, 2-si isə itkin düşüb.

 

Qeyd edək ki, Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS arasında vasitəçilərin himayəsi altında aparılmış dolayı danışıqlardan sonra imzalanan anlaşma memorandumunda konkret fələstinli məhbusların adları ilə azad edilməsi müqabilində saxlanılan bütün canlı israilli girovların azad edilməsini nəzərdə tutan bənd yer alırdı.

 

İsrail həbsxanalarında əməliyyat əvvəlki oxşar mübadilələrdə olduğu kimi birbaşa mediada işıqlandırılmadan, silahlı və ya bayram nümayişləri olmadan aparılacaq. “Əl-Ərəbiyyə” xəbər verir ki, yalnız Qırmızı Xaç yerdə əməliyyata nəzarət edəcək və aşkar edilən pozuntular barədə məlumat verəcək.(Modern.az)

Seçilən
3
senzor.az

1Mənbələr