AZ

Elvin Mbappe ilə dialoqundan danışdı: "Dedim ki, “zamen” istə, sən də rahat ol, biz də..." - VİDEO

Ötən gün DÇ-2026-nın seçmə mərhələsində Fransa-Azərbaycan (3:0) matçında maraqlı anlar yaşanıb. Oyun zamanı Azərbaycan yığmasının futbolçusu Elvin Bədəlovla “Real”ın hücumçusu Kilian Mbappe arasında qısa dialoq olub. Onların həmin görüntüləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İki futbolçunun nə danışdığı maraqla qarşılanıb.

Adalet.az xəbər verir ki, yığmamızın futbolçusu Elvin Bədəlov ötən gün DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyunda Mbappe ilə dialoqundan danışıb. 

Futbolçu “Qafqazinfo”ya açıqlamasında ondan zədəsini soruşduğunu bildirib: “Əslində zədə ilə bağlı ondan əvvəl də söhbətləşirdik. Elə oldu ki, ayağı ağrıdı. Ona dedim ki, ağrıyırsansa, əvəzetmə istə, sən də rahat ol, biz də. Cavab verdi ki, “ağrım var, bir azdan əvəzetmə istəyəcəyəm”. Başqa söhbət olmayıb”.

 

Seçilən
8
19
adalet.az

10Mənbələr