AZ

Abubakar “Neftçi”yə gələr bilər, amma...

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mərkəz hücumçusu problemi yaşayan “Neftçi” bu boşluğu aradan qaldrımaq üçün bir neçə futbolçu ilə danışıq aparır. Bunlardan biri də Vinsent Abubakardı. Bu informasiya hər kəsə məlumdu, bakılıların baş məşqçisi Samir Abasov da təsdiqləyib. Amma hələ də transfer gecikir. Son günlərdə yenilik də yoxdu. Deyilənə görə, kamerunlu futbolçu tələb etdiyi 800 min avronu 500 minə salıb. Buna baxmayaraq, bu transferrin gerçəkləşməsi yolunda ümid görünmür. 33 yaşlı hücumçunun danışıq apardığı yeganə klub “Neftçi” deyil. O, Meksika təmsilçisi UNAM-ın da maraq dairəsindədi. Hətta o klubla danışıqlar daha yaxşı irəliləyir, transferrin gerçəkləşməsi ehtimalı da daha realdı. Belə ki, 1,2 milyon avro “transfermarkt” dəyəri olan Abubakarın “Neftçi”yə transfer ehtimalı 52 faizdisə, UNAM-a transfer ehtimalı 68 faizdi. Təbii ki, bu da “transfermarkt”a görə belədi. Amma hər an hər şey dəyişə bilər. Bizə də gözləmək qalır. Xatırladaq ki, karyerası boyunca bir çox böyük klubda çıxış etmiş Abubakar 429 oyunda 171 qol, 55 məhsuldar ötürmə ilə yadda qalıb. Onun son klubu Türkiyə 1-ci liqasına yuvarlanan “Hatayspor” olub. MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
icma.az

2Mənbələr