Demokrat.az xəbər verir ki, digər tərəfdən Gəncə şəhərin gətirilən yeni avtobuslar sayəsində köhnə avtobusların Bakıya axını başlayıb. Bu gün şəhərətrafı marşrutlarla yanaşı şəhərdaxili marşurutlarda Gəncə avtobuslarını görmək olar. Bu isə xidmətin keyfiyyətini aşağı salmaqla yanaşı ətraf mühitə atılan CO2 emissiyasının həcmini artırır.
“Sərnişinlər komfort yerinə qənaəti seçirlər”
Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, son qiymət tənzimləməsindən sonra paytaxtın müxtəlif marşrutlarında fərqli tarif siyasəti tətbiq olunur:
“Yeni, müasir standartlara cavab verən avtobuslarda gedişhaqqı nisbətən yüksək, köhnə avtobuslarda isə daha ucuzdur. Əhalinin əksər hissəsinin gəlir səviyyəsini nəzərə alındıqda, bu fərq davranış seçimlərinə birbaşa təsir göstərir — sərnişinlər komfortu deyil, qənaəti seçirlər.
Bu vəziyyət iqtisad elmində “qiymət elastikliyi” fenomeni ilə izah olunur. Yəni, məhsul və ya xidmətin qiyməti artdıqca ona tələb azalır. Bakı nümunəsində isə bu azalma yeni nəqliyyat vasitələrinə tələbin zəifləməsi, köhnə avtobuslara isə marağın artması ilə müşahidə olunur.
Maraqlı məqam odur ki, Gəncə şəhərinə gətirilən yeni avtobuslar köhnə nəqliyyat vasitələrinin Bakı istiqamətində hərəkətini sürətləndirib.
Bu gün paytaxtın həm şəhərdaxili, həm də şəhərətrafı marşrutlarında “Gəncə nömrəli” köhnə avtobuslara rast gəlmək mümkündür.
Bu, bir növ “ikincil nəqliyyat bazarının” yaranmasına səbəb olub. Regionlarda yenilənən parklar nəticəsində köhnə avtobuslar ucuz qiymətə alınaraq paytaxtda fəaliyyətə cəlb edilir. Nəticədə, Bakının nəqliyyat infrastrukturu keyfiyyətcə yenilənmək əvəzinə, əks istiqamətdə – köhnəlməyə doğru gedir”.
Ekspert hesab edir ki, köhnə avtobusların istifadəsi həm ekoloji, həm də ictimai sağlamlıq baxımından təhlükəlidir:
“Bu tip nəqliyyat vasitələrinin yanacaq sərfiyyatı yüksəkdir, CO₂ emissiyası müasir dizel və hibrid avtobuslarla müqayisədə 2–3 dəfə çoxdur, texniki nasazlıqlar və səs-küy səviyyəsi dəfələrlə artıq olur. Yaxşı olar ki, 10 ildən çox istismar müddəti olan avtobusların paytaxtda fəaliyyətinə mərhələli şəkildə məhdudiyyət qoyulsun.
Yeni avtobuslarda gedişhaqqı aşağı gəlirli təbəqə üçün dövlət tərəfindən qismən kompensasiya edilə bilər. Avtobus sahiblərinə köhnə texnikanı təhvil verdikdə müəyyən güzəştlər və ya kompensasiya təqdim olunmalıdır. AYNA marşrutları üzrə vahid tarif və texniki tələbləri tətbiq etməlidir ki, bazarda bərabər rəqabət və xidmət keyfiyyəti formalaşsın”.
Çözüm nədir?
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədli Bizim.Media-ya bildirib ki, bu mənzərə onu göstərir ki, vətəndaşlarımız üçün əsas məsələ qiymətdir:
“İnsanlar xidmətin keyfiyyətindən daha çox təklif olunan qiymətə baxırlar. Təbii ki, Azərbaycanda çoxuşaqlı ailələr çoxdur. Ona görə də evdən çıxan hər bir ailə üzvü gündəlik xərclərə qənaət etmək istəyir. Gündəlik xərclərimizdə isə nəqliyyatın xüsusi payı var. İndiki vəziyyətdə sərnişinlərin nisbətən ucuz olan avtobuslara axın etməsinin də tək səbəbi vəsaitlərinə qənaətdir”.
Onun fikrincə, reallıq onu diqtə edir ki, qiymətlər əvvəlki vəziyyətə qaytarılsın:
“Əvəzində avtobus şirkətlərinə yeni dəstək mexanizmi hazırlansın. Belə olarsa, həm avtopark yenilənər, həm də sərnişinlər razı qalar. Əks-təqdirdə Gəncədən və digər yerlərdən ikinci əl avtobusların paytaxta axını davam edəcək. Nəticədə həm avtoparkın yenilənməsi ləngiyəcək, həm də ətraf mühitə atılan CO2 emissiyasının həcmi artacaq”.
5Mənbələr
-
demokrat.azİctimai nəqliyyatda tragikomik mənzərə: Qiymət fərqinə görə görün nə edirlər ( 22288030)
-
hit.azİctimai nəqliyyatda tragikomik mənzərə: Qiymət fərqinə görə... ( 22287178)
-
day.azİctimai nəqliyyatda TRAGİKOMİK MƏNZƏRƏ – “Sərnişinlər qiymət fərqinə görə köhnə avtobuslara üz tutur” ( 22285288)
-
bizim.mediaİctimai nəqliyyatda TRAGİKOMİK MƏNZƏRƏ “Sərnişinlər qiymət fərqinə görə köhnə avtobuslara üz tutur” ( 22284742)
-
bizim.mediaİctimai nəqliyyatda TRAGİKOMİK MƏNZƏRƏ – “Sərnişinlər qiymət fərqinə görə köhnə avtobuslara üz tutur” ( 22284694)