İslamabadda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək.
Far.Az report-a istinadən xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası - red.) sədri Sərdar Ayaz Sadiq arasında görüş oktyabrın 13-də baş tutacaq.
Qeyd edək ki, bu, parlament sədrlərinin üçüncü üçtərəfli görüşüdür. Bundan əvvəlki görüş 2022-ci il iyulun 21-də İstanbulda keçirilib.