AZ

İstefa vermiş Baş Nazir yenidən vəzifəyə təyin olundu

İstefa

Fransada rekord müddətdə istefa verən baş nazir yenidən vəzifəyə qaytarıldıFransa Prezidenti Emmanuel Makronun təyin etdiyi Sebastyen Lekornyu cəmi 27 gün Baş Nazir postunda qaldıqdan sonra istefa verib. Le Figaro qəzeti yazır ki, o, Fransa tarixində ən qısa müddət hakimiyyətdə qalan hökumət başçısı olub. Onun başçılığı dövründə yaradılan kabinet geniş tənqidlərə səbəb olub və bir çox siyasi qüvvələrlə razılıq əldə etmək mümkün olmayıb. Respublikaçılar bu hökuməti "ağılasığmaz dərəcədə zəif" adlandıraraq koalisiyadan çıxdıqlarını bəyan ediblər.Lakin Ulusum.az xəbər verir ki, siyasi böhran fonunda Fransa Prezidenti Emmanuel Makron Sebastyen Lekornyunu yenidən Baş Nazir vəzifəsinə təyin edib. Bu barədə BFMTV telekanalı məlumat yayıb. Bildirilir ki, prezident Lekornyuyə yeni hökuməti formalaşdırmaq səlahiyyəti verib. Hazırda hansı siyasi qüvvələrin bu prosesə cəlb ediləcəyi barədə rəsmi açıqlama verilməyib.R.Daşdəmirova

Diqqət Çəkənlər

Gəncədə güclü yanğın VİDEO

Gəncə sakinlərinə nağdsız avtobus ödənişləri ilə bağlı təlimat VİDEO

Ağstafa xəstəxanasında ölüm hadisəsi baş verib

Seçilən
6
ulusum.az

1Mənbələr