AZ

Cənubi Koreyada "dövlət buludu" YANDI – Nüsxəsi də yoxdur

Cənubi Koreyada "data itkisi" mövzusunda tarixin ən böyük hadisələrindən biri yaşanıb və bütün sistemlərin vahid mərkəzə cəmləşdiyi data mərkəzi 858TB məlumatla birlikdə yanıb.

Bizim.Media-nın məlumatına görə, vəziyyət o dərəcədə kritikdir ki, iki həftə sonra belə dövlət xidmətlərinin yalnız 27.2 %-i bərpa olunub və 709 xidmətdən 2 həftə sonra sadəcə 193-ü yenidən aktiv hala gətirilə bilib.

Yanğından sonra “bulud” deyilən sistemin tək fiziki mərkəzli server otağı olduğu və fəlakət sonrası bərpa planının düzgün işləmədiyi gündəmə gəlib.
 

2018-ci ildən etibarən bütün nazirliklər, dövlət agentlikləri və yerli idarələr bu platformadan istifadə edib və otaqdakı 858 TB–lıq məlumatın itdiyi bildirilir.


Yanğın batareya mərkəzli başladığından söndürmək 22 saat çəkib və temperaturun 160 ℃-ə qədər yüksəldiyi qeydə alınıb. (Tedroid.com)

Bizim.Media

Seçilən
8
3
bizim.media

4Mənbələr