AZ

Bəşər Əsədin Moskva həyatı - Diktator vaxtını onlayn oyun oynamaqla keçirir

Suriyanın sabiq lideri lüks qüllədə təcrid həyatı yaşayır və onlayn oyunlara aludə olub...

Poliqon xəbər verir ki, Almaniyanın DIE ZEIT nəşrinin məlumatına görə, Suriyanın sabiq prezidenti Bəşər Əsəd hazırda Moskva-Sitidə yerləşən dəbdəbəli yaşayış qülləsində sakit və gizli həyat sürür. Məlumatlara əsasən, Əsəd Rusiyanın xüsusi xidmət orqanlarının ciddi mühafizəsi altında yaşayır, ətrafı mərmər vannalarla bəzədilmiş mənzillər, azsaylı xidmət heyəti və şəxsi mühafizəçilərlə əhatə olunub.

Jurnalın mənbələri bildirir ki, Bəşər Əsəd demək olar ki, mənzilini tərk etmir və vaxtının böyük hissəsini onlayn video oyunlara sərf edir. Onun keçmiş yaxın ətrafının sözlərinə görə, bu məşğuliyyət sabiq liderin sürgündəki tənhalıq və təcrid hissindən qurtulmaq üçün yeganə yoluna çevrilib.

Mənbələr həmçinin qeyd edirlər ki, Əsədin həyat tərzi tam məxfi saxlanılır və o, Rusiya ictimaiyyətinin diqqətindən kənarda qalır. Sabiq prezidentin Moskvada nə qədər müddətdir yaşadığı dəqiq məlum olmasa da, bəzi məlumatlara görə, o, Suriya rejiminin süqutundan dərhal sonra paytaxta gətirilib və burada xüsusi nəzarət altında saxlanılır.

Ekspertlər hesab edirlər ki, Bəşər Əsədin bu vəziyyəti onun siyasi və şəxsi izolyasiyasının göstəricisidir. Suriyada illərlə davam edən vətəndaş müharibəsindən sonra bir vaxtlar ölkənin tam hakimiyyəti altında olan liderin indi onlayn oyun aləminə sığınması həm simvolik, həm də faciəvi xarakter daşıyır.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr