ain.az, Lent az portalına istinadən məlumat verir.
ABŞ-da məhbus Fred Sinqleton, 42 il həbsdə elektrik stulunda edamını gözlədikdən sonra 81 yaşında həbsxana xəstəxanasında təbii səbəblərdən dünyasını dəyişib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, kişi 1983-cü ildə təcavüz, qətl və oğurluq törətdiyinə görə ölüm cəzasına məhkum edilmişdi.
O, ştatın ölüm kamerasında ən uzun müddət saxlanılan məhbus hesab olunurdu. Məhkəmə qərarına əsasən, onun edamı həyata keçirilə bilməzdi, çünki psixi problemləri səbəbindən qarşıdakı edamı dərk etmək qabiliyyətinə malik deyildi. Xüsusilə qeyd olunur ki, kişi vəkillərin suallarına yalnız “bəli” və ya “xeyr” cavablarını verə bilirdi.
Eyni zamanda, hakimiyyət orqanları onu edam etmək üçün psixi vəziyyətini yaxşılaşdıran dərmanları qəbul etməyə məcbur edə bilməzdi. Buna görə də ölüm hökmü formal olaraq qüvvədə saxlanılmışdı.
Əgər gələcəkdə psixiatriya sahəsində irəliləyişlər nəticəsində onun müalicəsi mümkün olarsa, hökmün icrası həyata keçirilə bilərdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.