AZ

Bu tarixədək latış dilini bilməyən ruslar ölkəni tərk etməlidir

Latviya hakimiyyəti 841 Rusiya vətəndaşına oktyabrın 13-dək ölkəni tərk etməyi tapşırıb.

Axar.az xəbər verir ki, bu barədə "Politiko" nəşri ölkənin Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinin kommunikasiyalar üzrə direktoru Madara Pukeyə istinadən məlumat yayıb.

Bildirilib ki, sözügedən ruslar latış dilini bilmədikləri və məcburi təhlükəsizlik yoxlamalarından keçə bilmədiklərinə görə Latviyanı tərk etməlidirlər.

Qeyd edək ki, 2024-cü ildə Latviya ölkədə qalmaq istəyən Rusiya vətəndaşları üçün immiqrasiya qaydalarını sərtləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
3
olaylar.az

4Mənbələr