Bakı. Trend:
Meksikada aramsız yağışlar çayların məcrasından çıxmasına səbəbolub. Hazırda 32 ştatdan 31-də intensiv yağış yağır.
Trend-inməlumatına görə, bu barədə “Reuters” Mülki Müdafiə təşkilatınaistinadla məlumat yayıb.
Ən ağır vəziyyət Verakruz və Hİdalqo ştatlarındadır. Təbiifəlakət azı 23 nəfərin həyatına son qoyub. Ölənlərin sayınınartacağı istisna edilmir.